“Jiquli” qəzaya düşdü: 1 ÖLÜ, 2 YARALI

“Jiquli” qəzaya düşdü: 1 ÖLÜ, 2 YARALI<span class="qirmizi"></span>

Fatmayı qəsəbəsində yol qəzası bir nəfərin ölümünə səbəb olub.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Digah-Fatmayı şossesində qeydə alınıb.

“VAZ-2107” markalı avtomobillə “Mercedes” toqquşub. Qəza nəticəsində “VAZ-2107”nin sürücüsü - 1993-cü il təvəllüdlü Səmədov Ramin İlyar oğlu hadisə yerində ölüb. 1998-ci il təvəllüdlü Sadıqzadə Mircəlal Səbuhi oğlu, 2002-ci il təvəllüdlü Salayev Rəşad Novruz oğlu ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

Mənbə: lent.az