Bakıda 2 avtomobil toqquşub, xəsarət alan var

Bakıda 2 avtomobil toqquşub, xəsarət alan var <span class="qirmizi"></span>

Bakının Yasamal rayonunda yol qəzası baş verib.

Lent.az xəbər verir ki, hadisə 20 yanvar dairəsində qeydə alınıb.

“Kia” markalı avtomobilin sürücüsü dairədə yol nişanın tələbini pozub. Bu zaman “Hyundai” markalı avtomobil qayda pozan sürücünün maşınına çırpılıb. Hadisə nəticəsində “Kia”nın sürücüsü xəsarət alıb.

Faktla bağlı hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib.

Mənbə: lent.az