Bakıda qumar oyunlarını təşkil edən qohumlara cinayət işi açıldı

Bakıda qumar oyunlarını təşkil edən qohumlara cinayət işi açıldı<span class="qirmizi"></span>

Bakıda qumar oyunlarını təşkil edən qohumlara cinayət işi başlanılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Binəqədi rayonu ərazisində qeydə alınıb.

 

Belə ki, Verdiyev Qədir Niyaz oğlu və onun qohumu Verdiyev Məzahir Qiyas oğlu qumar oyunlarını təşkil etdiyinə görə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

 

Daha sonra onların barəsində Cinayət Məcəlləsinin 244-1.2.4-cü (Qumar oyunlarının təşkili və ya keçirilməsi, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

 

Artıq cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.

 

İş hakim Mahirə Kərimovanın icraatına verilib.

 

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Kamal Məmmədov

Mənbə: pravda.az