“Vito” qəzaya uğradı, xəsarət alan var

Qaxda baş verən yol qəzasında bir nəfər ağır xəsarət alıb.

Lent.az-ın məlumatına görə, hadisə mayın 25-i gecə saat 01 radələrində Qax-Zaqatala avtomobil yolunun Qax rayonu Ləkit kəndi ərazisindən keçən hissəsində baş verib.


Bakıdan Zaqatala istiqamətində hərəkət edən "Vito" markalı sərnişin daşıyan avtomobil qəzaya düşüb. Qəza zamanı avtomobilin sürücüsü yüngül xəsarət alsa da, maşında olan sərnişin Zaqatala rayonu Yuxarı Tala kənd sakini 2001-ci il təvəllüdlü Safiya Aydın qızı Şabanlı aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıb. S. Şabanlıya Qax RMX-da ilkin yardım göstərildikdən sonra müayinə və müalicəsini davam etdirmək üçün Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb. S. Şabanlınin müayinə və müalicəsi hazırda Zaqatala RMX-nin reanimasiya şöbəsində aparılır, vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Lent.az

ƏVVƏLKİ XƏBƏR

Qarabağ qazilərinə dövlət hesabına yardımdan imtina edilir - Vəkillər Kollegiyası məhkəmələrdə dövlət ittihamını müdafiə edir ? !

SONRAKI XƏBƏR

Leysan ciddi fəsadlar törədib