Məktəblərə silahlı hücumların qanlı tarixçəsi

Məktəblərə silahlı hücumların qanlı tarixçəsi<span class="qirmizi"></span>

ABŞ məktəblərə silahlı hücuma görə ilk yerdə gələn ölkələr sırasınaddır. Son hadisədə olduğu kimi bu hücumları əsasən silahlı məktəblilər törədir. Lent.az bu hücumların ən dəhşətliləri barədə qısa məlumat təqdim edir.

Miçiqan, 30 noyabr 1921
15 yaşlı yeniyetmə Oksford liseyində odlu silahla 4 şagirdi öldürüb, 6 nəfəri yaralayıb.

Kaliforniya, 14 noyabr 2019
16 yaşlı yeniyetmə ad gününü qeyd edərkən sinif yoldaşlarına tapançadan atəş açıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb. Atəş açan şəxs intihar edib.

Texas, 18 may 2018
17 yaşlı yeniyetmə liseydə kütləyə atəş açıb. 10 nəfər həlak olub.

Florida, 14 fevral 2018
Müqəddəs valentin günündə 19 yaşlı şəxs avtomat silahdan lisey şagirdlərinə atəş açıb. Hadisə nəticəsində 17 nəfər ölüb.

Kentuki, 23 yanvar 2018
15 yaşlı şagird 2 sinif yoldaşını öldürüb, 18 nəfəri yaralayıb.

Oreqon, 1 oktyabr 2015
26 yaşlı tələbə Umpqua Universitetində odlu silahla 9 nəfəri öldürdükdən sonra intihar edib.

Kaliforniya, 2 aprel 2012
Koreya vətəndaşı olan tələbə universitetdə 7 nəfəri qətlə yetirib.

Konnektikut, 14 dekabr 2012
Psixi problemləri olan şəxs anasını qətlə yetirdikdən sonra orta məktəbdə 26 nəfəri öldürüb.

Virciniya, 16 aprel 2007
Psixi problemləri olan tələbə 2 avtomatla Universitetdə 32 nəfəri qətlə yetirib.

Mənbə: lent.az