Məhkəmə “Karvan” Ticarət Mərkəzini yandıranla bağlı daha bir qərar çıxardı

Məhkəmə “Karvan” Ticarət Mərkəzini yandıranla bağlı daha bir qərar çıxardı<span class="qirmizi"></span>

Ali Məhkəmədə Sumqayıt şəhərindəki “Karvan” Ticarət Mərkəzində baş verən yanğınla bağlı təqsirli bilinən “Karvan İstehsalat Kommersiya Şirkəti" MMC-yə məxsus ticarət mərkəzində nəzarətçi-rüsumçu vəzifəsində işləmiş İsməli Bayramovun cinayət işi üzrə məhkəmə iclası yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.


Qərara əsasən, apellyasiya şikayəti təmin olunmayıb.


Qeyd: Sumqayıt şəhərində “Karvan” Ticarət Mərkəzində 2013-cü il oktyabrın 19-da yanğın baş verib. Hadisə nəticəsində bir nəfər ölüb, beş nəfər isə yaralanıb.


Məlum olub ki, yanğın zamanı sahibkarlara ümumilikdə 14 milyon 894 min 141 manat ziyan dəyib.


Yanğında günahkar bilinən Sumqayıt şəhər sakini İsməli Bayramov barəsində cinayət işi başlanıb. O, Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma - eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham edilib.


Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə İsməli Bayramov 4 il 6 ay azadlıqdan məhrum edilib. Onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılıb, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi barədə qərar qəbul edilib.


Hökmdən prokuror apellyasiya portesti verib. Sumqayıt Apelyasiya Məhkəməsi prokurorun protestini təmin edib, birinci instansiya məhkəməsinin hökmü ləğv olunub, İsməli Bayramovun barəsində yeni hökm çıxarılıb.


Yeni hökmə əsasən, İsməli Bayramv 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilib, həbs qətimkan tədbiri seçilib.


Bu qərardan İsməli Bayramov və müdafiəçisi kasassiya şikayəti veriblər. Müdafiə tərəfi iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin qərarının ləğv edilməsini, işə yenidən baxılmasını istəyib.


Kasasiya şikayətinə Ali Məhkəmədə hakim İnqilab Nəsirovun sədrlik etdiyi kollegiyada baxılıb. Hakim heyəti İsməli Bayramovun kasasiya şikayətinin qismən təmin edilməsi barədə qərar açıqlayıb.


Qərara görə, İsməli Bayramovun cəzası 4 il 7 aya endirilib. Cəzanın məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməsi barədə qərar qəbul edilib. Daha sonra təqsirləndirilən şəxslə bağlı yenidən məhkəməyə müraciət olunub.


Xatırlatma: “Karvan” ticarət mərkəzinin sahibi Sumqayıt şəhərinin ən iri sahibkarlarından olan Ağamirzə Əhədovdur.


Kamal Məmmədov

Mənbə: pravda.az