Məhkəmə rüşvətə görə təqsirləndirilən politoloqla bağlı qərar verdi

Məhkəmə rüşvətə görə təqsirləndirilən politoloqla bağlı qərar verdi <span class="qirmizi"></span>

Bakı Apellyasiya Məhkəməsində Sabunçu rayon Bakıxanov bələdiyyəsinin sabiq sədr müavini Orxan Daşdəmirli, onun tanışı İlkin Babayevin barəsində verilən apellyasiya şikayətinə baxılıb.


Pravda.az-ın məlumatına görə, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.


İttiham aktına əsasən, O.Daşdəmirli ilə İ.Babayev bir nəfərdən Fatmayı kəndi, 2-ci sovxoz ərazisində yerləşən torpaq sahəsinə rəsmi çıxarış almaq vədi veriblər. Bu məqsədlə onlar vətəndaşdan 28 min manat pulu dələduzluq yolu ilə ələ keçiriblər.


Cinayət materialında qeyd edilib ki, hər iki şəxs həmçinin vətəndaşı rüşvət verməyə təhrik edib.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxs 10 min manat cərimə olunub. Təqsirləndirilən şəxslərin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməyib. Onlar bu hökmdən narazı qalıb və apellyasiya şikayəti veriblər.


Xatırlatma: O.Daşdəmirli KİV-də politoloq qismində siyasi şərhlərlə də çıxış edib.

 

Kamal Məmmədov

Mənbə: pravda.az