Təhsil Nazirliyindən bağçadakı bu görüntülərə reaksiya - FOTOLAR

Sosial şəbəkələrdə Şabran şəhər 1 saylı körpələr evi-uşaq bağçasında uşaqlara keyfiyyətsiz qida verilməsi ilə bağlı fotolar paylaşılıb. İddia olunub ki, körpələrə günorta və axşam yeməyində yalnız hissələrə bölünmüş peçenye və çörək verilir, buna görə də uşaqlar aclıqdan ağlayırlar.

“Qafqazinfo” xəbər verir ki, məsələyə Təhsil Nazirliyindən münasibət bildirilib.

Nazirliyin mətbuat katibi Cəsarət Valehov qeyd edib ki, hazırda məsələ araşdırılır.

“Araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.



Qafqazinfo.az

ƏVVƏLKİ XƏBƏR

ABŞ Dövlət Departamentinin rəsmisi: “İrana zərbələr endirə bilərik”

SONRAKI XƏBƏR

ABŞ Rusiyada vergi və rüsumları ödəməyə imkan verən lisenziyanın müddətini uzadıb