Altı ölkənin parlamenti Rusiyanın fəaliyyətini Ukrayna xalqının genosidi kimi tanıyıb

Altı ölkənin parlamenti Rusiyanın fəaliyyətini Ukrayna xalqının genosidi kimi tanıyıb<span class="qirmizi"></span>

Estoniya, Kanada, Polşa, Litva və Çexiya parlamentləri Rusiyanın fəaliyyətini Ukrayna xalqının genosidi kimi tanıyıb.

Bu barədə Ali Radanın sədri Ruslan Stefançuk «Feysbuk»da xəbər verib və xatırladıb ki, Ukrayna parlamenti də Rusiya Federasiyasının cinayətlərinə qiymət verib.

«Rusiyanın fəaliyyətini Ukrayna xalqının genosidi kimi tanımış ölkələrin parlamentləri sağ olsunlar! Ürəkdən inanıram ki, bu qərarla həmrəy olan dövlətlərin sayı artacaq. Rusiyanın cinayətlərinin Ukrayna xalqının genosidi kimii tanınması - bu, hər şeydən əvvəl minlərlə günahsız ukraynalının, xüsusilə də uşaqların xatirəsinə hörmətdir», - o, qeyd edib.

AzPolitika.info

Mənbə: azpolitika.info