DSX-nin hərbçisi niyə intihar edib?

DSX-nin hərbçisi   <span class="qirmizi">niyə intihar edib?</span>

Xəbər verdiyimiz kimi, ötən gün Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Horadiz sərhəd dəstəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu baş çavuş Şirəliyev Canmirzə Çingiz oğlu intihar edib.

“Qafqazinfo” MAXE-nin intiharı ilə bağlı bəzi məlumatları əldə edib.

Məlumata görə, Canmirzə Şirəliyevin kifayət qədər borcu olub və bunu ödəyə bilməyib. İntiharın bu səbəbdən baş verdiyi ehtimallar arasındadır. O, sonuncu dəfə ailəsi ilə danışdıqdan sonra zastavadan kənar yerdə özünü asıb.

Qeyd edək ki, əslən Xaçmazdan olan C.Şirəliyev subay olub. O, bir müddət əvvəl nişanını qaytarıb.

Emin Səfərov

Mənbə: qafqazinfo.az