İstanbulda təhlükəsizlik zolağında qəza: 11 yaralı - FOTO

İstanbulun Ümraniye rayonunda fəhlələri daşıyan maşın təhlükəsizlik zolağında dayanan yük maşınına çırpılıb.

Şile şosesinin Ümraniye mövqeyində, Çekmeköy istiqamətində fəhlələri daşıyan mikroavtobusda nasazlıq yaranıb və o, təhlükəsizlik zolağında saxlanılan yük maşınına çırpılıb.

İlkin məlumatlara görə, qəzada ikisi ağır olmaqla 11 nəfər yaralanıb. Onlar xəstəxanaya çatdırılıblar.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

“Netfliks” Rusiyadan girişi bağladı

SONRAKI XƏBƏR

Cavid Güldən Lalə Azərtaşa dəstək: "Kim nə istəyir içsin" - FOTO