Ukraynada yaşayış məntəqələri raket atəşinə tutub: Dağıntılar altında qalan insanların axtarışı aparılır

Ukraynada yaşayış məntəqələri raket atəşinə tutub: <span class="qirmizi">Dağıntılar altında qalan insanların axtarışı aparılır</span>

Bu gün səhər saatlarından etibarən Rusiya ordusu Dnepropetrovsk vilayətində yerləşən bir neçə yaşayış binasına raket zərbələri endirib. Hücum nəticəsində ciddi dağıntılar var.

Bu barədə Dnepropetrovsk vilayətinin hərbi administrasiyasının sədri Valentin Rezniçenko öz “Telegram” kanalında məlumat verib.

V.Rezniçenko söyləyib ki, hazırda xilasedicilər dağıntıları təmizləyir, dağıntılar altında qalan insanların axtarışını həyata keçirirlər.

Mənbə: www.oxu.az