Rusiya sərnişin təyyarəsində tüstülənmə baş verdi

Rusiya sərnişin təyyarəsində tüstülənmə baş verdi<span class="qirmizi"></span>

Rusiya Müdafiə Nazirliyinə məxsus Tu-134B təyyarəsində uçuş zamanı tüstülənmə baş verib.

Axar.az xəbər verir ki, bu barədə “Baza” Teleqram kanalı məlumat yayıb.

Məlumata görə, hadisə təyyarənin Bişkek-Moskva reysini yerinə yetirdiyi zaman baş verib.

Təyyarə əvvəlcədən planlaşdırılmış yanacaq ehtiyatı üçün Samaradan uçmalı olub. Uşuş zolağından qalxan zaman pilotlar qırmızı kod elan ediblər və təyyərə geri qaytarılıb. Məlum olub ki, təyyarənin göyərtəsində tüstülənmə baş verib.

Hadisə zamanı təyyarədə 12-si heyət üzvü olmaqla 28 nəfər olub.

Hazırda təyyarə texniki baxışdan keçirilir. İlkin ehtimallara görə, tüstülənmə elektrik yuvasındakı qısaqapanma nəticəsində baş verib.

Mənbə: axar.az