Bakıda 50 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb

Bakıda 50 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb<span class="qirmizi"></span>

Bakıda avtomobil 50 yaşlı qadını vurub.

"Report"un məlumatına görə, hadisə Yasamal rayonu "20 Yanvar" metrostansiyasının yaxınlığında qeydə alınıb. 1972-ci il təvəllüdlü Hacılı Səadət Ənvər qızı yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol tərəfli oturaq sümüyünün sınığı və qarının küt travması diaqnozu qoyulub.

Fakt araşdırılır.

Mənbə: report.az