İsveçrədə iki alpinist dağlarda buz silsiləsinin uçması nəticəsində ölüb

İsveçrədə iki alpinist dağlarda buz silsiləsinin uçması nəticəsində ölüb<span class="qirmizi"></span>

İsveçrədə Alp dağlarında buzlağın uçması nəticəsində iki alpinist ölüb, eyni sayda alpinist isə ağır yaralanıb.

"Report" xəbər verir ki, bu barədə Vale kantonu polisi məlumat yayıb.

Ölənlər Fransa və İspaniya vətəndaşlarıdır.

Hadisə səhər Qrand Kombin dağ silsiləsinin 3 400 metr hündürlüyündə baş verib.

Ərazidə ümumilikdə 17 alpinist olub. Qalan alpinistlər də helikopterlə təxliyə edilib.

Prokurorluq hadisənin baş vermə şəraitini araşdırır.

Mənbə: report.az