Azərbaycanda dəhşətli HADİSƏ: 82 yaşlı qadın yanaraq öldü

Azərbaycanda dəhşətli HADİSƏ:   <span class="qirmizi">82 yaşlı qadın yanaraq öldü </span>

Oğuz rayonunda ölümlə nəticələnən yanğın hadisəsi baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Şirvanlı kəndində qeydə alınıb.

Kənddə yerləşən fərdi yaşayış evlərindən birinin yanması nəticəsində evdə yaşayan yaşlı qadın (ad və soyadı dəqiqləşdirilir-red) yanaraq ölüb.

Yanğının söndürülməsi üçün əraziyə Oğuz Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti, hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: report.az