14 saylı cəzaçəkmə müəssisəsində əfv sərəncamı icra olundu

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 14 saylı cəzaçəkmə müəssisəsində əfv sərəncamı icra olunub. AzVision.az xəbər verir ki,cəzaçəkmə müəssisəsində cəzaçəkən 3 məhkuma əfv sərəncamı şamil edilib. Onların hər üçünə əfv olunmaları üçün sənəd verilib. Onlardan biri Türkiyə vətəndaşı Rəsul Kondaçıdır. O, narkotik qaçaqmalçılığında ittiham edilib. O, əfv olunması üçün Prezidentə təşəkkür edərək deyib ki, bir daha cinayət törətməyəcək: "23 ildir Azərbaycana gəlib, burada işləmişəm. Bir daha belə cinayət törətməyəcəm, narkotikdən uzaq durmuşam".

Digər məhkum Möhüm Rüstəmov da azadlığa buraxılmasını sevinc hissi ilə qarşıladığını deyib. Bildirib ki, oğurluq və hədə-qorxu yolu ilə tələb etmə ittihamı ilə həbs olunub:

"Həbsxanada olduğum dövrdə çox düşündüm. Azadlığa çıxandan sonra özümə yeni həyat quracam. Köhnə vərdişlərimdən əl çəkəcəm, köhnə tanışlarımdan uzaq duracam".















Şəhanə Rəhimova
Əhməd Xəlilov
 

Azvision.az

ƏVVƏLKİ XƏBƏR

Putin Ukrayna ilə sərhəddəki təxribatlardan danışdı - VİDEO

SONRAKI XƏBƏR

Dünya şöhrətli cütlüyün məhkəməsi bitdi, 50 milyonluq təzminat... - VİDEO