Ukraynada həlak olan uşaqların sayı açıqlandı


Rusiya-Ukrayna arasında müharibə nəticəsində Ukraynada 242 uşaq həyatını itirib, 440 uşaq isə yaralanıb.
Yeniavaz.com UNİAN-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, mayın 26-da Mariupol şəhərində ümumitəhsil müəssisəsinin ərazisində düşmən mərmisinin partlaması nəticəsində 12 yaşlı uşaq həlak olub.
Həmçinin, martın 15-də Mariupolun atəşə tutulması zamanı 15 yaşlı yeniyetmə, fevralın 28-də Xarkovda rusiyalı hərbiçilərin avtomobili atəşə tutması nəticəsində 17 yaşlı oğlan yaralanıb.

Lamiyə Məmmədova

Yeniavaz.com

ƏVVƏLKİ XƏBƏR

“Ermənistan Türkiyə ilə danışıqlarda səmimi deyil” - Amerikalı ekspert gizlinləri açdı

SONRAKI XƏBƏR

Meymunçiçəyinə görə vaksinə ehtiyac yoxdur - ÜST