İranda bina çökdü: ölənlərin sayı artdı

İranda bina çökdü: ölənlərin sayı artdı<span class="qirmizi"></span>

İranın Abadan şəhərində 10 mərtəbəli binanın çökməsi nəticəsində ölənlərin sayı 28 nəfərə çatıb.

Axar.az xəbər verir ki, bunu İran daxili işlər naziri Əhməd Vahidi deyib.

Nazir dağıntılar altından çıxarılan meyitlərin şəxsiyyətlərini müəyyənləşdirmək üçün Abadan Tibb Elmləri Universitetinə aparıldığını bildirib.

Qeyd edək ki, hadisə mayın 23-də baş verib.

Mənbə: axar.az