Füzulidə 23 yaşlı gənc minaya düşdü

Füzulidə 23 yaşlı gənc   <span class="qirmizi">minaya düşdü</span>

Mayın 28-si saat 18 radələrində Füzuli rayonunun işğaldan azad olunmuş ərazisində 1999-cu il təvəllüdlü Xəyal Abdullayevin çoxsaylı qəlpə yarası alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə "Report" Füzuli rayon prokurorluğuna istinadən xəbər verir.

Aparılmış araşdırmalarla kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan Xəyal Abdullayevin rayonun Gorazıllı kəndi ərazisində minaya düşməsi nəticəsində xəsarətlər alması müəyyən edilib.

Hazırda faktla bağlı Füzuli rayon prokurorluğunda araşdırma aparılır.

Mənbə: report.az