Kilsə pulsuz ərzaq payladı: İzdihamda 30-dan çox insan həlak oldu

Kilsə pulsuz ərzaq payladı: İzdihamda 30-dan çox insan həlak oldu<span class="qirmizi"></span>

Nigerdə ərzaq və əşyaların yerli sakinlərə pulsuz paylanması zamanı kütləvi izdiham yaşanıb.

“Report”un məlumatına görə, bu barədə “PM News” portalı məlumat yayıb.

Qeyd olunub ki, ərzaq paylanmasından bir gün əvvəl yerli kilsənin yaxınlığında minlərlə insan toplaşıb. Xeyriyyə aksiyasının təşkilatçıları pulsuz yemək və əşyalar almaq istəyən izdihamın öhdəsindən gələ bilməyiblər.

Son məlumatlara görə, izdiham nəticəsində biri hamilə qadın, üçü uşaq olmaqla 31 nəfər ölüb.

Mənbə: report.az