"Meymunçiçəyi" ABŞ tərəfindən bioloji silah məqsədilə Nigeriyadan "ötürülüb" - Şok iddia...

"Meymunçiçəyi" ABŞ tərəfindən bioloji silah məqsədilə Nigeriyadan "ötürülüb" - <span class="qirmizi">Şok iddia...</span>

""Meymunçiçəyi" ABŞ tərəfindən bioloji silah məqsədilə Nigeriyadan "ötürülüb" - Şok iddia...

"Çiçək xəstəliyi törədicisinin geriyə dönməsi bəşəriyyət üçün qlobal fəlakətə çevriləcək"

 

Rusiya Müdafiə Nazirliyindən meymunçiçəyi ilə bağlı şok bəyanat...

ABŞ çiçək xəstəliyini döyüşdə istifadə edilə biləcək üstün bioloji agent kimi nəzərdən keçirir.

 

Moderator.az xəbər verir ki, bu bəyanatla Rusiya müdafiə nazirliyinin radiasiya, kimya və bioloji mühafizə qoşunlarının rəisi İqor Kirillov çıxış edib.

Onun sözlərinə görə, 2003-cü ildə ABŞ- da təbii çiçəyə qarşı peyvənd proqramı gerçəkləşib.

Bu zaman amerikalı təlimatçılar Ukrayna mütəxəssisləri ilə bu xəstəliyin baş qaldıracağı təqdirdə təcili tədbirlərin görülməsi üzrə təlim keçib.

Kirillov həmçinin məlumat verib ki, ABŞ- ın nəzarətində olan təhlükəli patogenli laboratoriyalar Kiyevdə və Xarkovda fəaliyyət göstərib.

Orada aparılan tədqiqatlar şəxsi heyətin kifayət qədər mühafizə olunmadığı şəraitdə aparılıb.

Meymun çiçəyinə gəldikdə, hərbi məmurun sözlərinə görə, dərin araşdırma nəticəsində bəlli olub ki:

- bu xəstəlik "ABŞ- ın "ən azı dörd bioloji laboratoriyası fəaliyyət göstərən Nigeriyadan "ötürülüb";

- xəstələnənlərin 98 faizi yaşı 20- dən artıq olan qeyri- ənənəvi seksual oriyentasiyalı kişilərdir;

- ABŞ- dakı laboratoriyalarda çiçək xəstəliyinin törədiciləri olan ampullar terrorçuların əlinə keçə bilərdi.

Rusiya müdafiə nazirliyi Ümumdünya Səhiyyə Təşkilarına Abudcada, Zariada, Laqosda olan laboratoriyaların işini araşdırmağa çağırış edib və bəyan edib ki, "Pentaqonun maraq göstərdiyi çiçək xəstəliyinin törədicisinin geriyə dönməsi bütün bəşəriyyət üçün qlobal fəlakətə çevriləcək".

Mənbə: moderator.az