Rus ordusu bu şəhəri tamamilə işğal etdi

Rus ordusu bu şəhəri tamamilə işğal etdi<span class="qirmizi"></span>

Luqansk vilayətinin Severdonetsk şəhəri Rusiya ordusu tərəfindən tamamilə işğal edilib.

Axar.az xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov məlumat verib.

“Onların bütün mövqeləri dağıdılıb. Şəhər “azad edilib”. Sakinlər rahat nəfəs ala bilirlər. Bundan sonra onlar artıq təhlükə altında deyillər”, - Kadırov qeyd edib.

Mənbə: axar.az