İranda bir günlük matəm elan edildi

İranda bir günlük matəm elan edildi<span class="qirmizi"></span>

İranın Nazirlər Şurası ölkənin cənubundakı Xuzistan əyalətinin Abadan şəhərində 10 mərtəbəli metropol binasının uçması və 29 nəfərin ölümü ilə əlaqədar mayın 29-da ölkədə bir günlük ümumi matəm elan edib.

Axar.az xəbər verir ki, Nazirlər Şurası dərc etdiyi hesabatda həyatını itirənlərin ailələrinə başsağlığı verib.

Qeyd edək ki, mayın 23-də İranın Xuzistan əyalətinin Abadan şəhərində 10 mərtəbəli binanın uçması nəticəsində 29 nəfər ölüb, 37 nəfər yaralanıb.

Mənbə: axar.az