Banqladeşdə avtobus qəzaya uğrayıb, ölən və yaralananlar var

Banqladeşdə avtobus qəzaya uğrayıb, ölən və yaralananlar var<span class="qirmizi"></span>

Banqladeşdə avtobusun qəzaya uğraması nəticəsində azı 10 nəfər ölüb, 20 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə "The Daily Observer" məlumat yayıb.

Avtobusun sərnişinləri arasında uşaqlar da olub.

Hadisə Barışal-Dəkkə avtomobil yolunda qeydə alınıb.

Sürücünün idarəetməni itirməsi nəticəsində avtobus yoldan çıxaraq ağaca çırpılıb.

Mənbə: report.az