Müstəntiqin bacısı şəhid anasını döydü- FOTOLAR

Tovuzda şəhid anasını döyüblər.
Teref.az-ın yazdığına görə, Cebhe.info xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Bildirilir ki, şəhid Şirinov Elmarın anası oğlunun adına tikilmiş bulaqda Tovuz rayon Polis Şöbəsinin müstəntiqinin bacısının maşını yuduzdurduğunu görüb.
O, yaxınlaşıb irad bildirərkən müstəntiq bacısı şəhid anasını təhqir edib və döyüb.
Ananın qolları qançır vəziyyətindədir, müalicə alınması üçün xəstəxanaya yerləşdirilib.



Teref.az

ƏVVƏLKİ XƏBƏR

Nyu-Yorkun inzibati rayonunun rəhbəri Azərbaycana səfər edəcək

SONRAKI XƏBƏR

Əfv olunan məhkumlar Qarabağa göndərilsin - Zahid Orucdan təklif