Qazaxıstanın sabiq mədəniyyət naziri həbs olundu

Qazaxıstanın sabiq mədəniyyət naziri həbs olundu<span class="qirmizi"></span>

Məhkəmə dünən saxlanılan Qazaxıstanın sabiq mədəniyyət və idman naziri, hazırda Qazaxıstan Milli Muzeyinin direktoru olan Arıstanbek Məhəmmədiulı barəsində bu gün həbs-qətimkan tədbiri seçib.

 

Bu barədə Qazaxıstan Antikorrupsiya Xidməti məlumat yayıb.

 

Sabiq nazir büdcə vəsaitlərini (336 min dollar) mənimsəməkdə təqsirli sayılır.

 

Qeyd edək ki, 2014-2019-cu illərdə mədəniyyət və idman naziri olmuş Arıstanbek Məhəmmədiulı 2019-cu ilin iyununda Milli Muzeyin direktoru təyin olunub.

Mənbə: pravda.az