“Bolt” boykot edən sürüclərin profillərini blokladı

“Bolt” boykot edən sürüclərin  <span class="qirmizi">profillərini blokladı</span>

Boykotdan sonra “Bolt” etiraza qoşulan sürücülərin profillərini bloklayıb.

Axar.az xəbər verir ki, bu barədə “Bolt” şirkətində çalışan taksi sürücüsü Nicat Məmmədov sosial şəbəkələrdə məlumat yayıb.

“Ortada bir çox problemlər var və bu, həm sürücülərə, həm də müştərilərə mənfi təsir göstərir. Biz də bu problemlərin həlli istiqamətində etirazımızı bildiririk, amma bunlar problemi həll etmək əvəzinə, diktaturalıq edirlər. Açıq-aşkar deyirlər ki, ölkədə taksi sahəsində qanunsuzluqdur, özbaşınalıqdır və biz də bundan istədiyimiz kimi istifadə edirik.

Boykotun təşkilatçısı kimi sürücülərə qarşı olan bu özbaşınalığa görə sürücülərin yaşadığı çarəsizliyi, maddi çətinlikləri ağır bir yük kimi öz üzərimdə hiss edirəm. Hüquqşünaslardan, media qurumlarından, aktivistlərdən xahiş edirəm bu məsələdə mənə köməkçi olsunlar”, - Nicat Məmmədov bildirib.

Qeyd edək ki, “Bolt” şirkətində çalışan taksi sürücüləri mayın 27-də saat 17:00-dan 19:00-dək tətbiqi bağlayıb, şirkəti boykot edəcəklərini bildirmişdilər.

Mənbə: axar.az