Bağdadda güclü partlayış: restoran binası çökdü

Bağdadda güclü partlayış: restoran binası çökdü<span class="qirmizi"></span>

İraqın paytaxtı Bağdadın mərkəzində güclü partlayış baş verib.

Axar.az xəbər verir ki, bu barədə İraq mətbuatı məlumat yayıb.

Məlumata görə, partlayış nəticəsində restoranın binası çöküb.

İlkin ehtimallara görə, partlayışın qaz sızması səbəbindən baş verdiyi bildirilir. Dağıntılar altında bir neçə nəfərin qaldığı ehtimal olunur. Hadisə yerində xilasedicilər işləyir.

Mənbə: axar.az