Zaporojyedə rus texnikasının olduğu anqar məhv edildi

Zaporojyedə rus texnikasının olduğu anqar məhv edildi<span class="qirmizi"></span>

“Azov” xüsusi əməliyyat qüvvələrinin döyüşçüləri və Ukrayna Silahlı Qüvvələrinin artiulleriyası rus ordusunun texnikalarının yerləşdiyi anqarı məhv edib.

Axar.az xəbər verir ki, bu barədə “Azov” xüsusi əməliyyat qüvvələrinin Teleqram kanalında məlumat yayılıb.

Məlumata görə, “Azov” döyüşçüləri Ukrayna artilleriyaçıları ilə Zaporojye vilayətində birgə əməliyyat keçirib. İlk olaraq havadan anqarın koordinatları müəyyən edilərək artilleriyaçılara ötürülüb. Uğurlu əməliyyat nəticəsində anqa texnika və şəxsi heyətlə birlikdə məhv edilib.

İtkilər dəqiqləşdirilir.

Mənbə: axar.az