Ağstafada TIR aşdı - VIDEO

Ağstafada TIR aşdı - VIDEO <span class="qirmizi"></span>

Ağstafada iki ağırtonnajlı yük maşınının iştirakı ilə qəza baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə nəticəsində Türkiyədən Azərbaycana yük daşıyan TIR aşıb.

İlkin ehtimallara görə, manevr zamanı “KamAz”ın təkərləri TIR-a sürtündüyü üçün maşın aşıb.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Xəsarət alanların olub-olmadığı dəqiqləşdirilir.

Mənbə: qafqazinfo.az