ABŞ-da festivalda atışma olub, ölən və yaralananlar var

ABŞ-da festivalda atışma olub, ölən və yaralananlar var<span class="qirmizi"></span>

ABŞ-ın Oklahoma ştatında açıq havada keçirilən festivalda atışma nəticəsində 1 nəfər ölüb, 7 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə bazar günü şahidlərə və ştatın İstintaq Bürosuna istinadən "Associated Press" agentliyi məlumat yayıb.

Büronun məlumatına görə, yaralananlar arasında iki azyaşlı da var. Zərərçəkənlərin vəziyyəti ilə bağlı hələlik məlumat yoxdur.

Agentlik aydınlaşdırıb ki, hazırda atəş açan şəxs saxlanılmayıb. AP şübhəlilərin olub-olmaması barədə məlumat verməyib.

Mənbə: report.az