Bakıda atasını öldürən şəxsə 5 il cəza verildi

Bakıda atasını öldürən şəxsə 5 il cəza verildi<span class="qirmizi"></span>

Bakı. Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində atasını qətlə yetirməkdətəqsirləndirilən İlqar Kərimovun cinayət işi üzrə məhkəmə prosesibaşa çatıb.
Trend-in məlumatına görə, hakim Telman Hüseynovun sədrliyi iləkeçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəməninhökmü ilə İ. Kərimov 5 il azadlıqdan məhrum edilib.
İttihama görə, martın 22-də Xəzər rayonu ərazisində Kərimov RamizNurulla oğlu təzyiq xəstəliyi ilə əlaqədar səhhətinin pisləşməsinəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxilolub.
Meyitin daxili müayinəsi zamanı baş beyin yarımkürələrinin genişqansızması aşkar olunub.
Qeyd olunan xəsarətlərin küt əşyanın təsirindən təkrar zərbələrləyetirilməsi zamanı törədilməsi müəyyən edilib.
Aparılmış araşdırmalarla hadisənin zərərçəkmişin oğlu İlqar Kərimovtərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmışmübahisə zamanı Ramiz Kərimovun baş nahiyəsinə zərbələr vuraraqtörədilməsinə əsaslı şübhələr müəyyənləşib.
Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdanzərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işibaşlanıb.

İlqar Kərimov şübhəli şəxs qismində tutularaq istintaqa cəlbedilib.

 

Mənbə: az.trend.az