Xaçmazda 37 yaşlı kişi intihar edib

Xaçmazda 37 yaşlı kişi intihar edib<span class="qirmizi"></span>

Xaçmazda yerli sakin intihar edib.

"Report"un Şimal bürosunun məlumatına görə, hadisə Gödəkli kəndində baş verib.

Belə ki, 1985-ci il təvəllüdlü Hacımətov Mehralı Hacımət oğlu yaşadıqı evin həyətində özünü asıb.

Onun meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

İntiharın səbəbi hələ məlum deyil.

Hadisə ilə bağlı araşdırma aparılır.

Mənbə: report.az