72 yaşlı kişi küçədə qadına hücum edib

ABŞ-da bir neçə turistə hücum edən və qadına yaxalıq taxan 72 yaşlı kişi həbs edilib.

Milli.Az bildirir ki, bu barədə "True Crime Daily" məlumat yayıb.

İnsident cümə günü, iyunun 17-də Kolorado ştatının Cefferson dairəsində baş verib. Səhər saat səkkizdə bir nəfər polisə zəng edərək, polis iki turistə hücumun şahidi olduğunu deyib. O, bildirib ki, bir nəfər onlara silah tuşlayıb.

Polis əməkdaşları sözügedən ər və arvadın sağ-salamat olduğunu, lakin təcavüzkarın özünün ətrafda olmadığını aşkarlayıb. Təcavüzkarın yerli sakin Kerri Endsli olduğu ortaya çıxıb. Daha sonra şerif ofisinin əməkdaşları onu saxlayıblar, yaşlı kişi müqavimət göstərib və hüquq-mühafizə orqanlarının əməkdaşları amerikalını hərəkətsizləşdirmək üçün elektroşok silahdan istifadə etməli olublar.

Cütlük Endsli ilə gəzinti zamanı tanış olduqlarını bildiriblər. O, cığırın kənarında dayanıb ayaqqabısının bağını bağladı və onlar keçərkən, sonradan məlum olduğu kimi, travmatik olan tapançanı götürərək onlara tərəf yönəldib. O, qadına diz çökməsini və ona neylon yaxalıq taxmasını əmr edib. Sonra o, girovları harasa aparmağa çalışsa da, ər Endslinin əlindən tapançanı vuraraq arvadı ilə birlikdə qaçmağa nail olub.

Sonradan məlum oldu ki, cütlük Endslini tanıyır - o, əvvəllər də qurbanı təhqir edib və məhkəmə ona yaxınlaşmağı qadağan edib. Zərərçəkmişlərin dediyinə görə, bu dəfə yaşlı kişi tanınmamaq üçün "görünüşünü dəyişib və maskalanıb".

Kerri Endsli saxlanılaraq həbs edilib, lakin hələ də xəstəxanadadır.

İrfan Vəliyev
Milli.Az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Gəncədə qadın bıçaqlanaraq öldürülüb: Əri şübhəli şəxs kimi saxlanılıb

SONRAKI XƏBƏR

Avroliqanın qalibi 29 yaşında karyerasını bitirdi