Azərbaycanda zəncirvari qəza: 23 yaralı, çoxu fəhlədir - VİDEO

Ələt-Astara yolundakı qəzada yaralananların şəxsiyyəti məlum olub. 

"Report"un Muğan bürosu xəbər verir ki, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən xəstələr bunlardır: 

1. 1964-cü il təvəllüdlü İbadullayeva Zabitə Kərimulla qızı, Masallı rayonunun Qarğalıq kənd sakini. 

2. 1972-ci il təvəllüdlü Qəmbərov Yadigar Heybət oğlu, Masallı rayonunun Qarğalıq kənd sakini. 

3. 1978-ci il təvəllüdlü Cəfərova İlhamə Şücayət qızı, Masallı rayonunun Qarğalıq kənd sakini. 

4. 1961-ci il təvəllüdlü Vəliyeva Həlimə İbadulla qızı, Masallı rayonunun Qarğalıq kənd sakini. 

5. 1990-cı il təvəllüdlü Orucova Tutu Məcnun qızı, Masallı rayonunun Qarğalıq kənd sakini. 

6. 1987-ci il təvəllüdlü Əliyev Tofiq İdris oğlu, Masallı rayonu Əhmədli kəndi. 

7. 1961-ci il təvəllüdlü Ələkbərova Mahbani Xanbalı qızı, Masallı rayonunun Qarğalıq kənd sakini. 

8. 1972-ci il təvəllüdlü Əliyeva Səmilə Şahhüseyn qızı, Masallı rayonunun Qarğalıq kənd sakini. 

9. 1978-ci il təvəllüdlü Əliyeva Vəfa Mirtagı qızı, Masallı rayonunun Qarğalıq kənd sakini. 

10. 1985-ci il təvəllüdlü Hüseynova Şəlalə Zəkulla qızı.

11. 1977-ci il təvəllüdlü Qəmbərova Ruhiyyə İxtiyar qızı, Masallı rayonunun Qarğalıq kənd sakini. 

12. 1976-cı il təvəllüdlü Gülverdiyeva Xalidə.

13. 1990-cı il təvəllüdlü Ağazadə Allahyar Şəmsəddin oğlu.

14. 1991-ci il təvəllüdlü Qədirova Sevər Mirtağı qızı.

15. Əzizova Nuranə Kamal qızı.

16. Əliyeva Fəxriyyə Adna qızı.

17. Şirinova Nuriyyə Əlibala qızı.

18. Orucova Şahbəyim İbadulla qızı. 

19. Əliyeva Tunar.

20. 2006-cı il təvəllüdlü Əliyev Habil Elbrus

21. Fərəcova Xuraman Heydər qızı.

22. Abbasova Xalidə Musaxan qızı.

23. İmanova Şəmsiyyə Rəfi qızı.

Qeyd edək ki, vəziyyətləri ağır olan Sevər Qədirova və Fəxriyyə Əliyeva paytaxt xəstəxanalarından birinə göndərilib.

***

Ələt-Astara yolunun Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisindən keçən hissəsində ağır yol qəzasında yaralı sayı 20-yə çatıb.

"Report"un Muğan bürosunun məlumatına görə, Cəlilabad rayon mərkəzi xəstəxanasına 6,  Masallı rayon mərkəzi xəstəxanasına isə 14 yaralı gətirilib. 

Yaralılara ilkin tibbi yardım göstərilir. 

Hazırda onların şəxsiyyəti müəyyən olunur. Məlumata görə, yaralıların çoxu mikroavtobusda olan fəhlələrdir. Onların çiyələk sahəsindən getdikləri zaman qəzanın baş verdiyi bildirilir. 

Faktla bağlı araşdırmalar davam etdirilir.

***

Ələt-Astara yolunun Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, qəza nəticəsində fəhlələri daşıyan mikroavtobus, "Mercedes" və "Hyundai" markalı minik avtomobilləri toqquşub.

Zərbənin təsirindən "Hundai" markalı avtomobil yolun kənarına aşıb.

İlkin məlumata görə, 15-dən yuxarı yaralı olduğu bildirilir. Onlar Cəlilabad və Masallı rayon mərkəzi xəstəxanalarına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Report.az

ƏVVƏLKİ XƏBƏR

"Elçibəy həbsxanadan çıxandan sonra ən çox Ağdama gələrdi..."

SONRAKI XƏBƏR

Kiyevdə diversantlar saxlanıldı