Marmarisdəki meşə yanğınını törədən şəxs saxlanıldı

Marmarisdə meşə yanğını ilə əlaqədar bir nəfər saxlanılıb.

Bu barədə Türkiyənin daxili işlər naziri Sülyman Soylu məlumat verib.

“1988-cil il təvəllaüdlü S.A adlı şəxs əməlini etiraf edib. Onun saxlanıldığı yerdən iki ədəd yanacaq kanistri tapılıb. Şübhəli şəxs hadisəni ailə arasında ticari ədavət zəminində törətdiyini bildirib. O, hətta özünü də öldürmək istədiyini vurğulayıb. Həmin şəxs əməli törədərkən sərxoş olub”, - deyə nazir bildirib.

Qeyd edək ki, Muğlanın Marmaris bölgəsindəki yanğın artıq iki gündür ki davam edir.

Mənbə: Haber Global

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Masallıda 3 avtomobil toqquşdu, 20-dən çox yaralı

SONRAKI XƏBƏR

Xaçmazda iki avtomobil toqquşub, xəsarət alanlar var