Masallıda 3 avtomobil toqquşdu, 20-dən çox yaralı

Masallıda zəncirvarı yol qəzası baş verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Masallı rayonunun Əhmədli kəndindən keçən hissəsində qeydə alınıb.

Fəhlə daşıyan mikroavtobusla 2 minik avtomobilinin toqquşması nəticəsində 23 nəfər xəsarət alıb.

Yaralıların 17-si Masallı Rayon Mərkəzi Xəstəxanasına, 6-sı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hazırda onlara tibbi yardım göstərilir.

Əlavə məlumat veriləcək.

Baku.ws

ƏVVƏLKİ XƏBƏR

“Eurovision 2023” Ukraynada baş tutmayacaq - AYB təsdiqlədi

SONRAKI XƏBƏR

Marmarisdəki meşə yanğınını törədən şəxs saxlanıldı