Xaçmazda iki avtomobil toqquşub, xəsarət alanlar var

Xaçmaz rayonunda yol-nəqliyyat hadisəsi olub.

"Report"un Şimal bürosunun məlumatına görə, hadisə Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun Müşkür kəndindən keçən hissəsində baş verib.

Belə ki, "Mercedes" və "KİA" markalı avtomobillərin toqquşması nəticəsində Xaçmaz rayon sakini, 1970-ci il təvəllüdlü Elnarə Nəcməddin qızı Məcidova, Siyəzən rayon sakinləri 1996-cı il təvəllüdlü Fərid Nəbi oğlu Əliyev, 1993-cü il təvəllüdlü Anar Teymur oğlu Əliyev və 1997-ci il təvəllüdlü Fərid Vuqar oğlu Babayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hər dörd yaralı Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Marmarisdəki meşə yanğınını törədən şəxs saxlanıldı

SONRAKI XƏBƏR

Ermənistan hakimiyyəti və Qarabağ erməniləri Azərbaycanın yaratdığı reallıqlarla barışmalı oldu...