"Azərxalça"nın sabiq sədrinin həyat yoldaşı 30 milyonluq əmlakın qaytarılmasını istəyir

"Azərxalça"nın sabiq sədrinin həyat yoldaşı 30 milyonluq əmlakın qaytarılmasını istəyir<span class="qirmizi"></span>

"Azərxalça” ASC-nin İdarə Heyətinin sabiq sədri, ev dustaqlığında vəfat edən Vidadi Muradovun hüquqi varisi Bakı Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti verib.

Trend-in məlumatına görə, hüquqi varis V.Muradov barəsində cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi və ona məxsus 30 milyon manatlıq əmlakın üzərindən həbsin götürülməsi istənilib.

Şikayət ərizəsi artıq Ali Məhkəməyə təqdim edilib.

Xatırladaq ki, "Azərxalça” ASC-nin İdarə Heyətinin sabiq sədri Vidadi Muradov Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən keçirilən əməliyyatla həbs olunub.

Ona qarşı Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə xüsusilə küllimiqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifəsəlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elanedilib.
Onkoloji xəstəliyi ilə bağlı ev dustaqlığına buraxılan VidadiMuradov ötən ilin noyabrın 5-də xəstəxanada vəfat edib. Bundansonra məhkəmə onun həyat yoldaşını hüquqi varis kimi tanıyıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vidadi Muradovbarəsindəki cinayət işinə bəraətverici əsaslar olmadan xitamverilib, təqsirləndirilən şəxsin özünə və yaxınlarına məxsus 30milyonluq əmlakları dövlət nəfinə müsadirə olunub.
Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

Mənbə: az.trend.az