Evinə dəvət edib içirtdi, sonra da öldürüb cəsədini 8 gün gizlətdi

Rusiyanın Yekaterinburq şəhərində 65 yaşlı kişi, müstəntiqlərin fikrincə, yeni tanışını öldürüb, sonra isə meyiti bir həftədən çox mənzilində gizlədib.

Milli.Az bildirir ki, qətlin təfərrüatları barədə Rusiya İstintaq Komitəsinin Sverdlovsk vilayəti üzrə İstintaq Komitəsi məlumat yayıb.

Cinayət işinin materiallarına görə, iyunun 17-də təqaüdçü 39 yaşlı tanımadığı şəxsi mənzilinə dəvət edib. Spirtli içkilərdən birgə istifadə etdikdən sonra ev sahibi ilə qonaq arasında münaqişə yaranıb, nəticədə təqaüdçü yeni dostuna on bıçaq xəsarəti yetirib. Zərərçəkmiş aldığı xəsarətlərdən yerindəcə keçinib.

"Səkkiz gün ərzində təqsirləndirilən şəxs cinayət faktını gizlədə bilib. O, meyitdən necə qurtulacağını bilməyərək onu öz evində qoyub müvəqqəti olaraq dostunun yanına getməyə üstünlük verib. Amma kişi başa düşürdü ki, isti mövsümün olduğunu üçün qonşuları gec-tez onun sirrini biləcəkdi. Ona görə də o, spesifik qoxunu aradan qaldırmaq üçün tədbirlər görməyə, yəni cəsədi müvafiq kimyəvi maddələrlə sulamağa, təzə biçilmiş otla örtməyə başlayıb", - deyə idarədən bildirilib.

Ancaq bir həftədən çox vaxt keçdikdən sonra bu tədbirlər kifayət etmədi. Ayıq-sayıq qonşular yaşlı kirayəçinin mənzilindən şübhəli qoxu hiss etməyə başlayıb və polisə müraciət ediblər. Təqaüdçü saxlanıldı, o, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 1-ci hissəsi 105-ci maddə (qətl) ilə cinayətdə ittiham edildi.

İrfan Vəliyev
Milli.Az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Kamilə Babayeva: "Burnum yekədir, amma əməliyyat etdirmərəm" – ÖZƏL

SONRAKI XƏBƏR

“Ekoloji risk artır, Azərbaycanın 60 faizə yaxın ərazisində...“ – Alimdən çağırış