Oteldə ərəb turist azərbaycanlı qızı döydü

Oteldə ərəb turist azərbaycanlı qızı döydü<span class="qirmizi"></span>

 

Bakıdakı “Fairmont” hotelində insident baş verib. AzVision.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, polisə müraciət edən 1998-ci il təvəllüdlü A.Əliyeva tanış olduğu ərəb turistlə mehmanxanada olarkən onun hücumuna məruz qaldığını və döyüldüyünü bildirib.

İlkin araşdırmalardan sonra 24 yaşlı qızı döyən şəxsin Səudiyyə Ərəbistanı vətəndaşı, 1997-ci il təvəllüdlü Rahan Yaser Alajain olması müəyyən edilib. Məlum olub ki, o, iyunun 18-dən Bakıda turist kimi qalır.

Müraciətlə bağlı araşdırmalar davam etdirilir.


 

 

Mənbə: azvision.az