Belarusda Rusiya ordusuna mane olan üç partizanı ölüm cəzası gözləyir

Belarusda Rusiya ordusuna mane olan üç partizanı ölüm cəzası gözləyir<span class="qirmizi"></span>

Belarus İstintaq Komitəsi 3 "dəmiryol partizanı" ilə bağlı istintaqın başa çatdığını elan edib, iş məhkəməyə göndərilmək üçün prokurorluğa verilib.

Bununla bağlı "Azadlıq" radiosunun Rusiya bölməsi tərəfindən məlumat yayılıb.

Qeyd edək ki, Belarusun Qomel vilayətinin 3 sakini fevralın 28-dən martın 1-nə keçən gecə dəmiryolda təxribat törətməkdə təqsirləndirilir. Onlar Rusiya ordusu üçün Ukraynaya silah-sursat aparan qatarlara mane olmaq istəyirlərmiş.

Həmin şəxslərə "terror aktı" törətmək və "dövlətə xəyanət" daxil olmaqla 4 maddə ilə ittiham irəli sürülüb. Təqsirləndirilən şəxslərin 29, 33 və 51 yaşları var. Hüquq müdafiəçiləri onların şəxsiyyətlərini də müəyyənləşdirib. Bunlar Dmitri Raviç, Denis Dikun və Oleq Molçanovdur.

Belarus Respublikasının İstintaq Komitəsi onların ölüm cəzası ilə üzləşə biləcəyi haqda xəbərdarlıq edib. /Musavat.com/

Mənbə: moderator.az