Yaşlı kişini döydülər: ailələri kənddən qovuldu

Yaşlı kişini döydülər: ailələri kənddən qovuldu<span class="qirmizi"></span>

Gürcüstanın azərbaycanlılar yaşayan Laqodexi rayonunun yaxınlığındakı meşədə 68 yaşlı kişiyə qarşı qeyri-insani rəftara görə saxlanılan şəxslərin ailələri yerli sakinlər tərəfindən kənddən çıxarılıb.

Publika.az xəbər verir ki, bu haqda yerli “İnterpressnews” nəşri məlumat yayıb.

Yerli sakinlərin sözlərinə görə, onların kəndində belə hadisə heç vaxt baş verməyib və bu cür adamlar əhali arasında olmamalıdır.

Əhali bildirib ki, təqsirləndirilən şəxslərdən biri polis onu həbs etməzdən əvvəl kənd sakinləri tərəfindən fiziki təzyiqə məruz qalıb.

“Yerli sakinlər bu faktı eşidən kimi cinayəti törədənlərdən birini evdən çıxararaq aparıb döyüblər. İkincisi isə artıq saxlanılmışdı. Biz belə bir şeyi bağışlamırıq. Ölkənin bu bölgəsində çoxdandır ki, belə bir şey olmayıb. Bu səbəbdən hamımız heyrətlənirik”, - deyə yerli sakinlər qeyd ediblər.

 

Xatırladaq ki, aralarında azyaşlı da olmaqla bir neçə nəfər Laqodexi meşəsində ağsaqqal kişini amansızca döyüblər, ləyaqətini alçaldıblar və bütün bunları mobil telefonda lentə alaraq sosial şəbəkədə paylaşıblar. Hadisənin üzərindən çox keçmədən hüquq-mühafizə orqanları sözügedən şəxslərdən 2 nəfəri gözaltına alıb.

Tural Turan

Mənbə: publika.az