Gəncədə intihara cəhd edən məktəb direktoru işə çıxdı

Gəncədə intihara cəhd edən məktəb direktoru işə çıxdı<span class="qirmizi"></span>

Bir neçə gün öncə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin rəisi Anar Qədiməliyevin aramsız təqiblərinə görə dərman qəbul edərək intihara cəhd etmək istəyən İsmət Qayıbov adına 1 nömrəli orta məktəbin direktoru Mətanət Qarayeva bu gün işə çıxıb.

Publika.az-ın yerli bürosunun verdiyi məlumata görə, direktor hazırda işini davam etdirir:

“Artıq sağalmışam, işdəyəm. Əgər mənim nöqsanların vardısa, niyə iyun ayının 9-da məndən səhhətimlə bağlı ərizə yazmağım tələb edilirdi? Elə nöqsanlarımı səbəb göstərib işdən çıxara bilərdilər.

Mən prokurorluğa və digər qurumlara bildirmişəm ki, başıma gələnlərə görə məsuliyyəti Anar Qədiməliyev daşıyır. Mən intihara cəhd edəndən sonra A.Qədiməliyev bütün instansiyalara müraciət edərək özünün günahsız olduğunu iddia edir”.

 

Direktor həmçinin, əlavə edib ki, baş verən hadisədən sonra onunla Gəncə Regional Təhsil İdarəsindən onun səhhəti ilə maraqlanan olmayıb:

“Hadisə səhər saat 8-də baş verib, saat 16.00-da gəlib burda mənim işdə olmamağımla bağlı akt hazırlayıblar ki, getdik yoxladıq direktor işdə yox idi. Qanunları bir tərəfə qoyuram, bu insanlığa, vicdana sığırmı?".

Mənbə: publika.az