Həkim əməliyyat otağında özünü asdı: Səbəb açıqlandı

Həkim əməliyyat otağında özünü asdı: Səbəb açıqlandı<span class="qirmizi"></span>

Həkim əməliyyat otağında özünü asıb.

Press.az azxeber.com-a istinadən xəbər verir ki, xəstəxanada çalışan, eyni zamanda yaşadığı iqtisadi çətinliklər səbəbindən boş vaxtlarında qarğıdalı satan səhiyyə işçisi Adem Kılbıyık Dokuz Eylül Universitetinin əməliyyat otağında özünü asaraq həyatına son qoyub.

Dokuz Eylül Universiteti Xəstəxanasında çalışan Cihan Başakçıoğlunun verdiyi xəbərə görə, iqtisadi problemlər üzündən maddi sıxıntı yaşayan Kılbıyıkın psixoloji problemləri də var imiş.

DEU Hospital işçilərinin iddialarına görə, pəncərəsi olmayan qapalı şəraitdə 8-12 saat vaxt keçirən tibb işçiləri ildə iki dəfə psixoloji dəstək istədiklərini, lakin bu tələblərin yerinə yetirilmədiyini bildiriblər.

Səhiyyə və Sosial Xidmət İşçiləri Peşəsi (SES) İzmir Şöbəsi sədri Erkan Batmaz səhiyyə işçilərinin inflyasiya və artımlarla mübarizə apardığını söyləyib.

Mənbə: press.az