Sumqayıtda kişi sevgilisinin uşaqlarını döydü: Cinayət işi açıldı

Sumqayıtda azyaşlıların döyülməsi ilə bağlı cinayət işi açılıb.

Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

Bildirilib ki, faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi açılıb: 

“İstintaq hərəkətləri davam etdirilir. İstintaq çərçivəsində təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsipləri təmin olunacaq”.

***

Sumqayıt şəhərində üç azyaşlı fiziki zorakılığa məruz qalıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, azyaşlıların döyülməsi faktı ilə bağlı Sumqayıt Şəhər Polis İdarəsində hazırda istintaq aparılır.

İyunun 30-da sosial şəbəkələrdə yetkinlik yaşına çatmayan 3 uşağın analarının narkotik maddə istifadə etməsi ehtimal olunan qeyri-rəsmi münasibətdə olduğu şəxs tərəfindən zorakılığa məruz qalması barədə məlumat yayılıb.

Həmin məlumat əsasında Dövlət Komitəsi tərəfindən dərhal ailənin faktiki yaşadığı Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlanılıb.

Eyni zamanda məsələ ilə əlaqədar qurum tərəfindən aidiyyəti orqanlara rəsmi müraciət ünvanlanıb.

 

Sonxeber.az

ƏVVƏLKİ XƏBƏR

İki ölkənin səfirliyinin binası LGBT bayrağı ilə “bəzədildi” – FOTO

SONRAKI XƏBƏR

Kosmosda spirt molekulları tapılıb