Evində yanan ailədən YENİ XƏBƏR - Vəziyyətləri...

Evində yanan ailədən  YENİ XƏBƏR  -   <span class="qirmizi">Vəziyyətləri...</span>

Xəbər verdiyimiz kimi, ötən gün Sabunçu rayonunda evin yanması nəticəsində bir ailənin iki körpəsi dünyasını dəyişib.

TƏBİB-dən Lent.az-a verilən məlumata görə, hazırda ailənin digər üzvlərinin də vəziyyəti ağırdır:

“Vəziyyətləri ağır olaraq qalır. 5 nəfərin reanimasiya şöbəsində müalicələri davam etdirilir”.

Qeyd edək ki, baş verən yanğın zamanı evdə ümumilikdə 7 nəfər olub. Onlardan 2 körpə vəfat edib. Ata, ana və digər 3 uşaqları isə xəsarət alıb.

Mənbə: lent.az