Arvadını öldürüb, ögey oğlunu bıçaqlayıb

Arvadını öldürüb, ögey oğlunu bıçaqlayıb<span class="qirmizi"></span>

Rusiyada İvanovo vilayətində ikiqat qətldə şübhəli bilinən 51 yaşlı kişi saxlanılıb.

Milli.Az bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsi məlumat yayıb.

İstintaqın məlumatına görə, iyunun 28-də Afanasovo kəndində kişi ilə arvadı arasında mübahisə düşüb və bu zaman qadının 22 yaşlı oğlu ögey anasının müdafiəsinə qalxıb. Mübahisə baş verib və bu zaman kişi mətbəx bıçağını götürərək ögey oğlunun sinəsinə və ayaqlarına azı 3 zərbə vurub, sonra isə 43 yaşlı arvadını kürəyindən iki zərbə ilə bıçaqlayaraq öldürüb.

"Hazırda hücum edən şəxs saxlanılıb və yaxın vaxtlarda ona qarşı ittiham irəli sürüləcək. İstintaq şübhəli şəxs barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə vəsatət verəcək", - deyə idarə məlumat yayıb.

İrfan Vəliyev
Milli.Az

Mənbə: news.milli.az