Ankaranı su basdı: Ölən var

Türkiyə paytaxtı yenidən aramsız yağışlara təslim olub.

Leysan Ankara küçələrini çaya çevirib. Bir sıra yaşayış evləri və iş yerlərini su basıb.

Təbiət hadisəsi qurbansız ötüşməyib. Belə ki, suya qərq olmuş binalardan birində kişi cəsədi tapılıb.

Hazırda şəhərin müxtəlif rayonlarında xilasedicilər intensiv yağıntının fəsadları ilə üzləşmiş sakinlərə yardım göstərirlər.

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Ərdoğan: “İsveç Türkiyəyə 73 PKK üzvünü təslim edəcək”

SONRAKI XƏBƏR

Ramil Usubov Ankarada Türk Dövlətləri Təşkilatının iclasında iştirak edib